Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb

DİN mətbuat xidmətindən verilən məlumata görə, açıqlamada bildirilir ki, Azərbaycandakı dayanıqlı sabitliyi pozmaqda maraqlı olan bəzi qüvvələrin əlində vasitəyə çevrilən bir qrup gənc «Facebook» sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciət edərək onları martın 11-də keçiriləcək etiraz aksiyasına qoşulmağa çağırıblar.

“Həmin gün saat 12.00-dan başlayaraq aksiya təşkilatçılarının tərəfdarları, ümumi sayı 100 nəfərədək olan ayrı-ayrı kiçik qruplarla paytaxtın müxtəlif küçələrində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozub və metronun «28 may» stansiyası yaxınlığında toplaşmağa cəhd göstəriblər. Görülmüş tədbirlərlə belə qanunazidd hərəkətlərin qarşısı alınaraq 43 nəfər saxlanılıb. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış daha 23 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb. Respublikanın digər şəhər və rayonlarında qanunsuz aksiya keçirmək cəhdi qeydə alınmayıb. Gələcəkdə toplantı adı altında ictimai qaydanı pozmaq və qarşıdurma yaratmaq niyyətində olanların nəzərinə çatdırılır ki, daxili işlər orqanları tərəfindən ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin qorunması prinsiplərinin aliliyi və ictimai təhlükəsizliyin təmin edilməsi naminə qanunvericiliyə zidd olan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO