Danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstəri


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir. Trend Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunu dekabrın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul edərkən bildirib.
Qonaq müdafiə nazirini yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa Silahlı Qüvvələrinin Gürcüstanda, eyni zamanda, Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar də iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO