Çingiz Abdullayev: Azərbaycan yazıçıları artıq öz əsərlərini internetdə yerləşdirməklə pul qazana bilərlər

Azərbaycan yazıçıları artıq öz əsərlərini internetdə yerləşdirməklə pul qazana bilərlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin bu gün keçirilən XII qurultayında çıxışı zamanı birliyin katibi Çingiz Abdullayev deyib.

Onun sözlərinə görə, müvafiq təşkilatlar əvvəlcə yalnız Azərbaycan dilində deyil, rus dilində yazılan əsərlərin gəlir əldə edilməsi məqsədilə internetdə yerləşdirilməsinə razılıq versələr də, sonradan iki dildə də buna icazə verilib: “Biz çox istərdik ki, bütün dünya yazıçılarımızın əsərlərini Azərbaycan dilində oxusun. Amma təəssüf ki, hər kəs Azərbaycan dilində başa düşmür. Ona görə də kim əsərinin daha çox pul qazanmasını istəyirsə, daha vacib olan əsərlərini ingilis, rus və digər xarici dillərdə yerləşdirsin”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO