Cəlilabadda qədim yaşayış məskənləri aşkar olunub

Cəlilabadda qədim yaşayış məskənləri aşkar olunub

Cəlilabad rayonunun Üçtəpə kəndindəki qədim yaşayış məskəni olmuş Polutəpədə aparılan arxeoloji qazıntılar zamanı Muğan düzünün ən qədim sakinlərinin yaşayış məskənləri aşkar olunub.
Trend Cənub TV-yə istinadən xəbər verir ki, tapılmış nümunələrdən aydın olur ki, burada bizim eradan əvvəl neolit dövründə yaşamış yerli tayfalar əkinçilik və maldarlıqla yanaşı sənətkarlıqla da geniş məşğul olublar.
Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundov bildirib ki, Polutəpə yaşayış məskənində aşkar edilən məişət əşyaları əvvəllər tapılan əşyalardan bəzi xüsusiyyətləri ilə seçilir. Polutəpə yaşayış məskənində aparılan qazıntılar zamanı 3 insan məzarı və yerli tayfaların o dövr üçün xüsusi əhmiyyət kəsb edən silah anbarı da aşkar olunub.
Ekspedisiya rəhbərinin sözlərinə görə, aşkar olunmuş nümünələrin tədqiq olunması üçün AMEA-nın Botanika və Coğrafiya institutlarına, eləcə də Rusiya Federasiyasının elmi-tədqiqat institutlarına göndərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 6 hektralıq ərazini əhatə edən Polutəpə yaşayış məskəni Qafqazda V minilliyə aid olan ən böyük qədim yaşayış məskənidir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO