Böyük Britaniyanın Exeter Üniversitetində “Justice for Khojaly ” tədbiri keçirilib

Böyük Britaniyanın nüfüzlu Üniversitetlərindən olan Exeter Üniversitetində Azərbaycan cəmiyyətinin təşkilatçığı ilə “Justice for Khojaly” tədbiri keçirilib.
Qurumdan Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Üniversitetin Azərbaycan və türk cəmiyyətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən tələbələr iştirak etmişlər.
Tədbir Azerbaycan cəmiyyətinin sədri və ASAIF-in nümayəndəsi Ülvi Qasımov tərəfindən açılmışdır və Azərbaycan Respublikasının milli himni səslənmişdir.
Tədbirdə Xocalı haqqında bir sıra rəsmi videolar və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc əhaliyə qarşı milliyyətçilik və etnik ayrı-seçkilik zəminində qətllərin həyata keçirilməsi, insanlıq əleyhinə cinayət hesab edilməlidir. Beynəlxalq ictimaiyyət bu faktı insanlıq, beynəlxalq təhlükəsizlik və xalqların birgə dinc yaşayışına təhdid saymalıdır. Bu haqqda cəmiyyətin üzvləri Ağa Babayev ve Nazlı Quliyeva tərəfindən məlumatlar verilmişdir.
Tədbirdə ASAIF-in və Böyük Britaniya Azərbaycan səfirliyin böyük köməyi var idi.
Səfirliyin 2-ci katibi Ceyhun Novruzov və 3-cü katibi Ayaz Mustafayev də bu tədbirdə iştirak edib öz məlumatlarini xarici tələbələrlə paylaşıb sonda suallara cavab verdilər. Tədbirdən iki gün qabaq Exeter Üniversitetinin rəsmi qəzeti “Exepose” da tədbir haqqında məlumat verilmişdir.
Bundan əlavə Londonda müxtəlif universitetlərdə ASAIF-in təşkilatçılığı, səfirliyin dəstəyi ilə bir sıra aksiya və konfranslar keçiriləcək. Britaniyadakı Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə “Suasso”, “Queen Mary”, “Royal Holloway”, “Aberdeen” universitetlərində konfranslar keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO