Bülənt Arınç: Türkiyə güc strukturlarının iclasının detallarının açıqlanmasından ölkəyə qarşı istifadə olunacaq

Türkiyə güc strukturlarının məxfi müşavirəsinin detallarının açıqlanmasından ölkəyə qarşı istifadə olunacaq. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Baş nazirin müavini Bülənt Arınç deyib.

Onun sözlərinə görə, bunun Türkiyə dövlətçiliyinə qarşı yönəldiyinə heç bir şübhə yoxdur.

Qeyd edək ki, dünən YouTube-da Türkiyə güc strukturlarının yüksək rütbəli nümayəndələrinin məxfi görüşünün audio yazısı yerləşdirilib. Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahı rəhbərlərinin iştirak etdiyi görüş zamanı Suriyaya hərbi müdaxilə ehtimalı müzakirə edilib. Bundan sonra ölkədə YouTube-a giriş bağlanıb.

B.Arınç qeyd edib ki, baş verənlər Suriya rejiminin, terrorçu qruplaşmaların və “əl-Qaidə”nin maraqlarına uyğundur.

Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu vəziyyəti şərh edərkən bəyan edib ki, Türkiyə güc strukturlarının məxfi müşavirəsinin detallarının açıqlanması faktiki olaraq dövlətə qarşı müharibə elan etməyə bərabərdir. Onun sözlərinə görə, dövlət belə əməl sahiblərinin aşkar edilməsi və cəzalandırılması üçün mümkün olan hər şeyi edir.

Bundan başqa, XİN rəhbəri bildirib ki, ölkənin güc strukturlarının dinlənilməsi ölkəyə qarşı casusluğa bərabərdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO