Brüsseldə Dağlıq Qarabağ münaqişənin həlli prosesi müzakirə olunacaq

Brüsseldə Dağlıq Qarabağ münaqişənin həlli prosesi müzakirə olunacaq.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından Trend-ə verilən məlumata görə, 2014-cü il 27 mart tarixində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov “Cənubi Qafqazın gələcəyi: Dağlıq Qarabağ münaqişənin həllində iqtisadi təşəbbüslərin sülh quruculuq prosesinə təsiri” mövzusunda dəyirmi masada iştirak etmək üçün Brüsselə səfər edib. Onun tədbirdə çıxışı nəzərdə tutulur.

İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov Brüsselə səfəri çərçivəsində bu tədbirlə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında icmaların aktiv fəaliyyəti ilə bağlı bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, “Avropa Geosiyasi Forumu” tərəfindən təşkil edilmiş tədbir Avropa Parlamentində baş tutacaq

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO