Britaniya kraliçası beynəlxalq liderlər üçün akademiya açacaq

Kral beynəlxalq münasibətlər institutunun nəzdindəki beynəlxalq liderlər üçün akademiya çərşənbə axşamı açılacaq və Böyük Britaniya kraliçası II Yelizaveta, təntənəli açılış mərasimini keçirəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə institutunun mətbuat xidməti xəbər verir.

“Dünyanın hər yerindən gələcək və indiki liderlərə, müasir dünyanın tənqidi problemlər şəraitində əsas idarəetmə məsələlərinin həlli üçün həmin alətləri öyrənmək imkanı vermək üçün İnstitut ona görə akademiyanı yaradıb. Britaniya Kraliçası II Yelizaveta və hersoq Filip Edinburqlu noyabrın 18-də təntənəli şəkildə akademiyanı açacaqlar”, – məlumatda deyilir.

Mərasim zamanı kraliça akademiya yerləşəcəyi qonşu binadan institutu ayıran divardan kərpic çıxaracaq. Təşkilatçıların ideyasına görə, bu iki binanın birləşməsi prosesinin başlanğıc rəmzi olacaq. Kral institutunun binası akademiya tərəfindən də istifadə olunacaq.

Həmçinin kraliça açılışa həsr olunmuş xatirə lövhəsini açacaq, eləcə də institutun əməkdaşları və tədqiqatçıları ilə də görüşəcək.

1952-ci ildə beynəlxalq münasibətlər institutunun təsis olunmasında kraliçanın rolunun tanınması əlaməti olaraq akademiya onun şərəfinə adlandırılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO