BQXK Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb

BQXK Azərbaycanda saxlanılan erməni əsirlə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda
saxlanılan erməni əsirlə görüşüb. Bu barədə Trend-ə BQXK-nin
Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
İlahə Hüseynova bildirib.
İ.Hüseynova bildirib ki, bu gün baş tutan başçəkmədə əsirə ailəsinin
məlumatı çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.
Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı
bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam
cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan
hissəsinə keçib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO