BMT-nin baş katibi İranı öz nüvə proqramının dinc xarakterli olmasını sübut etməyə çağırıb.

BMT-nin baş katibi Pan Gi Mun Tehranda İranın ali dini rəhbəri Seyid Əli Xamneyi və prezident Mahmud Əhmədinejadla görüşüb. APA-nın BMT-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşlər zamanı baş katib İran rəsmi şəxslərinin İsrailə qarşı bəyanatlarını tənqid edərək İranı öz nüvə proqramının dinc xarakterli olmasını sübut etməyə və Suriyada zorakılığın dayandırılması üçün bu ölkə rejiminə təzyiq göstərməyə çağırıb.
P. G. Mun İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə Tehran arasında aparılan danışıqları diqqətlə izlədiklərini deyərək bu prosesdə ciddi irəliləyişin olmamasından təəssüfləndiyini söyləyib. O, problemin sülh yolu ilə həllinin alternativinin olmadığını vurğulayıb. Suriya məsələsinə toxunan baş katib İran liderlərini Suriya üzərindəki təsir gücündən istifadə edərək zorakılığı dayandırmağa, etibarlı dialoq və siyasi proses üçün zəmin yaratmağa çağırıb.
P. G. Mun M. Əhmədinejadla görüşündə İranda insan haqlarının pozulmasından narahatlığını da ifadə edib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO