BMT-də “Multikulturalizm ili” və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq müzakirə olunur

BMT-də “Multikulturalizm ili” və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq müzakirə olunurBMT-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Multikulturalizm ili” və BMT Sivilizasiyalar Alyansının Bakıda 25-27 aprel tarixlərində keçiriləcək 7-ci Qlobal Forumuna hazırlıq müzakirə olunur.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadənin rəhbərliyi ilə nümayəndə heyəti BMT Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşlər keçirmək və BMT-nin qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda görüşündə iştirak etmək məqsədilə yanvarın 12-dən Nyu Yorkda səfərdədir.

Yanvarın 16-da yekunlaşacaq səfər çərçivəsində ilk olaraq BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saadın rəhbərliyi ilə nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işlərinin cari vəziyyəti və digər təfərrüatları, habelə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Multikulturalizm ili” ilə bağlı əməkdaşlıq müzakirə olunub.

Qeyd edilib ki, həm 7-ci Qlobal Forum, həm də “Multikulturalizm ili” Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalar arası dialoqa töhfəsi ilə yanaşı, dünyadakı sülh və əməkdaşlığa həm dövlət başçısının, həm də xalqın milli iradəsinin ifadəsidir.

Səfər çərçivəsində yanvarın 15-də BMT-də Sivilizasiyalar Alyansı üzrə Milli Əlaqələndiricilərin toplantısında 7-ci Qlobal Forum və Azərbaycanın ev sahibliyi barədə geniş təqdimatın keçirilməsi nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO