Birinci xanım Mehriban Əliyeva Münxen Konfransında dünya nizamı ilə bağlı vəziyyətin müzakirə olunduğu tədbirdə iştirak edib

Birinci xanım Mehriban Əliyeva Münxen Konfransında dünya nizamı ilə bağlı vəziyyətin müzakirə olunduğu tədbirdə iştirak edibFevralın 13-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra mövzularda müzakirələr aparılıb.

Tədbirlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransın “Hədsiz böhranlar, dünya nizamını pozanlar, köməksiz müdafiəçilər: dünya nizamının vəziyyəti” mövzusunda müzakirələrin aparıldığı tədbirdə iştirak edib.

NATO-nun baş katibi Yens Stoltenberqin, Rusiyanın Baş naziri Dmitri Medvedevin, Fransanın baş naziri Manuel Valsın, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerin, ABŞ-ın dövlət katibi Con Kerrinin, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin və digər nüfuzlu şəxslərin iştirak etdikləri tədbirdə əsasən beynəlxalq təhlükəsizliyə yönələn təhdidlərin qarşısının alınması, dünyadakı münaqişə ocaqlarındakı vəziyyət və bu təhlükələrdən xilas yolları müzakirə olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə Münxen Təhlükəsizlik Konfransının gənc liderləri sırasında müzakirələrin gedişini izləyib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il Münxen Təhlükəsizlik Konfransı və Korber Fondu dünyanın müxtəlif yerlərindən olan 25 gənc liderin görüşünü təşkil edir. Gənc liderlərə Münxen Təhlükəsizlik Konfransında yüksək səviyyəli şəxslərlə debatlar aparmaq və ünsiyyət qurmaq imkanı yaradılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO