Belarusun “Fransisk Skorina” ordeni Allahşükür Paşazadəyə təqdim olunub

Dini tolerantlığın möhkəmləndirilməsi layihəsi çərçivəsində “Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransın iştirakçılarının şərəfinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ziyafət verilib.

Trend-in məlumatına görə, ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski mərasimdə çıxış edərək bildirib ki, konfransda Azərbaycandakı tolerantlıq modeli müzakirə ediləcək, ATƏT məkanında tolerantlığa dair çağırışlar olacaq.

Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkəmizdəki tolerantlıq mühitindən bəhs edib. Səfir bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni ilə təltif edib. Səfir N.Pastkeviç ordeni Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə fəaliyyətinə verilən belə yüksək qiymətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib. Vurğulayıb ki, orden Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymətdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO