Bakının Nobel prospektində yolun bir hissəsi çöküb

Bu gün səhər 8:00 radələrində Bakının Nobel prospektində yolun şəhər istiqamətinə gələn hissəsində çökmə baş verib. Bu barədə Trend-ə hadisə şahidləri məlumat veriblər.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumatı Trend-ə təsdiq edib.

P.Mürsəliyev bildirib ki, Nobel prospektində “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

Onun sözlərinə görə, hazırda “Azeryolservis” ASC-nin və “Azərsu” ASC-nin nümayəndələri hadisə yerinə baxış keçirirlər: “Sızan hissənin tapılması üçün yolda qazıntı işləri aparılacaq ki, bu da yolda hərəkət məhdudlaşdırılmadan mümkün deyil”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO