Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək

Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsullarının çeşidinin artırılmasına da səy göstərilir.

Bu sahədə növbəti addım istehsalat sahəsi formalaşmaqda olan 11 saylı cəzaçəkmə müəssisəsində atılıb. Belə ki, burada xalça toxunuşunda istifadə olunan, xüsusi tələblərə cavab verən xanaların istehsalına başlanılıb.

Xanalardan 4 saylı cəzaçəkmə müəssisəsində mövcud olan xalça sexində istifadə olunması və eləcə də müvafiq istehsalla məşğul olan digər müəssisələrdən sifarişlər qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar saxlanılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO