Bakıdakı avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində reydlər aparılacaq

Bakıdakı avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində reydlər aparılacaqSentybarda Bakıda fəaliyyət göstərən avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində reydlər aparılacaq.

Bunu Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib.

M.Məhərov bildirib ki, qurum işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə əlaqədar sentyabr ayını təhlükəsizlik ayı elan edib. Sözügedən müəssisələrin elə də kiçik sahə olmadığını deyən M.Məhərov qeyd edib ki, bu sektorda 12 mindən artıq işçi çalışır.

O, bu sahədə təhlükəli iş yerlərinin mövcud olduğunu və həmin iş yerlərində xəsarət alanların az olmadığını da bildirib: “Avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində müəyyən qəza hadisələri baş verir. Bu səbəbdən də biz bu sahəni prioritet götürmüşük. Sentyabr ayı ərzində bu müəssisələrdə reydlər keçiriləcək və onlara lazımi köməkliklər göstərəcəyik. Bu müəssisələrə bir ay bundan əvvəl məktubla xəbərdarlıq olunub. Onlara nöqsanları aradan qaldırmaq tapşırığı verilib”.

Avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində işçilərin təhlükəsizliyi ilə yanaşı, orada çalışanların əmək müqavilələrinin olub-olmaması da yoxlanılacaq.

M.Məhərovun sözlərinə görə, işçilərlə əmək müqaviləsi olmadan onları qeyri-qanuni çalışdıranlar cəzalandırılacaq:“Qeyd etdiyim müəssisələrin bəzilərində çalışan işçilərin əmək müqaviləsi yoxdur. Əmək müqaviləsi olmayan müəssisələr cəzalandırılacaqlar. Bundan başqa, qeydiyyatdan keçməmiş müəssisələr də var. Həmin müəssisələrdə biz müəyyən cəza tədbirləri görə bilməsək də, lazımi orqanlara, xüsusi ilə Vergilər Nazirliyinə məlumat verməyi düşünürük”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO