Bakıda güclü şimal küləyi əsəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq

Sabah Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacaq, temperatur 10-12 dərəcə enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında aprelin 3-də buludlu hava şəraiti üstünlük təşkil ediləcək. Axşam bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 3-də hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında aprelin 3-də havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlıq ərazilərdə isə gecə və gündüz 0-5 dərəcə isti olacaq.

Bu cür hava şəraiti aprelin 4-ü günortaya kimi davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO