Bakıda bayram yürüşü keçiriləcək

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası “SharkHead” velosipedçilər klubu ilə birlikdə dekabr ayının 27-si, saat 15:00-da velosiped həvəskarları üçün “Critical X-Mass Baku” yürüşü keçirəcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, veloyürüş saat 15:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürəcək. İştirakçılar şəhər küçələri ilə 18 km məsafə qət edəcəklər və yürüş elə başladığı yerdə sona çatacaq.

Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunacaq.

Federasiya bütün velosiped həvəskarlarını dekabrın 27-də yürüşə dəvət edir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO