Bakıda 150-dən çox yaşayış binasının zirzəmisi su ilə dolub

Dövlət sanitar gigiyena və epidemioloji xidmət orqanlarının apardıqları araşdırmalar nəticəsində Bakıda 150-dən çox yaşayış binasının zirzəmisinin su ilə dolduğu aşkarlanıb. Bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov deyib.

Mərkəz rəsmisi bildirib ki, binaların zirzəmilərinin sulu olması bir sıra həşəratların, gəmiricilərin sayının artmasına şərait yaradır.

Araşdırmalar Bakı şəhərinin əksər rayonlarını əhatə edib. Araşdırmalar nəticəsində məlum olub ki, Bakının Xətai, Suraxanı, Nizami, Yasamal rayonlarında sovet dövründə tikilən əksər doqquzmərtəbəli binaların zirzəmilərində sular var. Zirzəmilərin su ilə dolmasının birinci səbəbi qrunt sularının əraziyə axması, ikinci səbəbi isə kommunikasiya xətlərində nazasızlıqların baş verməsidir.

Artıq RGEM həmin yaşayış binalarındakı zirzəmilərlə əlaqədar tədbirlərin görülməsi təklifi ilə Bakı şəhər İcra Hakimiyyətinə müracət edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO