Bakı sürücülərinə xəbərdarlıq

İyun ayının 21-dən 22-ə keçən gecə Ziya Bunyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən (Karl Marks) 3-cü mikrorayon dairəsi, A.Salamzadə küçəsi və digər istiqamətlərdə gedən köməkçi yol asfalt beton işləri ilə əlaqədar bağlanacaq.

Bunu Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev qeyd edib ki, həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsini A.Salamzadə küçəsi ilə birləşdirən 3-cü tunel vasitəsilə davam etdiriləcək.

P.Mürsəliyev əlavə edib ki, köməkçi yolda işlər təxminən bir həftə – 10 gün ərzində başa çatdırıldıqdan sonra, müvəqqəti açılan tuneldə hərəkət yenidən dayandırılaraq son tamamlanma işləri yerinə yetiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO