Bakı Ali Neft Məktəbində Ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu

Dekabrın 12-də Bakı Ali Neft Məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü yad olundu. Bununla əlaqədar olaraq Bakı Ali Neft Məktəbinin bütün auditoriyalarında, muasir Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tələbələrə Ümummilli lider, Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verildi. Onun müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, müdrik şəxsiyyət kimi Azərbaycan tarixinə və xalqın yaddaşına əbədi həkk olunduğu bildirildi.

Həmçinin BANM-in tələbələrinə Ulu öndərin əziz xatirəsinə həsr olunmuş, onun keçdiyi şərəfli ömür yolunu özündə əks etdirən videoçarx nümayiş olundu.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO