Azərbaycanlı gənclər üçün yeni təhsil proqramı təklif edilir

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası, Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi və İtaliyanın Turin Universiteti (www.turin-ip.com) tərəfindən əqli mülkiyyət hüququ üzrə ingilis dilində magistratura proqramı təklif edilir.
Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, proqramın məqsədi tələbələri əqli mülkiyyət hüququnun prinsipləri və bu sahədə baş vermiş inkişaf ilə daha yaxından tanış etməkdir. Namizədlər iqtisadiyyat hüquq, mühəndislik, tibb, fizika, kimya, kommunikasiya elmləri və yaxud biznes inzibatçılığı sahəsində bakalavr diplomuna malik olmalı və ingilis dilini sərbəst bilməlidirlər. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrin seçilmiş tələbələrinə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının katibliyi tərəfindən təqaüdlər təqdim olunacaq.
Namizədlər ərizə formasını onlayn (www.wipo.int/academy/en/courses/academic_institutions/md_turin.html) şəkildə dolduraraq, tələb olunan digər sənədlərlə (bakalavr diplomu və onun əlavəsinin ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti, ingilis dilini bilmə haqqında sertifikat, tövsiyə məktubu, motivasiya məktubu, təqaüd üçün ərizə forması) birlikdə martın 15-dək [email protected] ünvanına təqdim edə bilərlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO