Azərbaycanda sərnişindaşıma tarifləri ucuzlaşıb

2012-ci ilin dekabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə 2,7 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 0,4 faiz ucuzlaşıb, tranzit üzrə 13,8 faiz, yerli əlaqə üzrə 2,5 faiz, idxal üzrə isə 2,1 faiz bahalaşıb. Ay ərzində beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 5,9 faiz bahalaşıb.
Avtomobil nəqliyyatında şəhərlərarası sərnişindaşıma tarifləri 1,5 faiz ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə və digər xarici ölkələrə sərnişindaşıma tarifləri, müvafiq olaraq, 11,2 faiz və 6,7 faiz ucuzlaşıb, MDB ölkələrinə yükdaşıma tarifləri isə 0,6 faiz bahalaşıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO