Azərbaycanda qanunla qadağan edilmiş yodlaşdırılmayan duzun satışı davam edir

İstehsalı, idxalı və satışı qanunla qadağan edilən duzun Bakıda və regionlarda satışı və istehsalatda istifadəsi davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Trend BİA-da keçirdiyi mətbuat konfransında deyib.
“Ölkədə əhaliyə yodlaşdırılmayan duzun satışı davam edir. Yod çatışmazlığına görə yaranan xəstəliklər geniş yayılıb, bu xəstəliklər əqli çatışmazlığa, zob və digər mənfi fəsadlara səbəb ola bilər” , – Hüseynov qeyd edib.
AİB bazar və istehsal müəssisələrində mütəmadi monitorinqlər aparır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO