Azərbaycanda ən cox istifadə olunan elektron xidmətlər hansılardır?


Azərbaycanda “Elektron hökumət” portalı vasitəsilə ən cox istifadə olunan elektron xidmətlərin (e-xidmətlər) adları məlum olub.

Trend-in məlumatına görə, fevral ayı ərzində daha çox müraciət olunan “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (Dövlət Sosial Müdafiə Fondu) elektron xidməti olub (1313 nəfər).

Elektron xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.

Sonrakı yerlərdə “Pensiya kapitalı barədə məlumat” (Dövlət Sosial Müdafiə Fondu-1217 nəfər), “Lokal danışıqların açıqlaması” (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-856 nəfər), PİN-ə görə fərdi məlumatların axtarışı (Daxili İşlər Nazirliyi-613 nəfər), Azərbaycan adları barədə məlumatın verilməsi (Ədliyyə Nazirliyi- 608 nəfər), “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi” (Dövlət Sosial Müdafiə Fondu-554 nəfər), “Diplom haqqında məlumatlar” (Təhsil Nazirliyi-493 nəfər), “Pensiya kalkulyatoru” (Dövlət Sosial Müdafiə Fondu-487 nəfər), “Cari danışıqlar üzrə məlumat” (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-403 nəfər), “Telefon üzrə ətraflı məlumat” (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi- 311 nəfər) elektron xidmətləri gəlir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 23 may 2011-ci il tarixdə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na 417 elektron xidmət daxil edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO