Aprelin 19-dək ölkə ərazisində müşahidə ediləcək hava şəraiti kənd təsərrüfatı əkinlərində inkişafın sürətini nisbətən azalda bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, aprelin 19-dək havanın qeyri-sabit olacağı, leysan xarakterli yağışların yağacağı və temperatur rejiminin enəcəyi gözlənilir.
Bu da əksər kənd təsərrüfatı əkinlərində inkişafın sürətini nisbətən azalda, çiçəklənən meyvə ağaclarında isə güllərin tökülməsinə səbəb ola bilər.
Belə hava şəraiti aran rayonlarda çiyidin, dağətəyi rayonlarda isə qarğıdalının əkinini qısa müddətə gecikdirəcək. Lakin yağıntılar torpağın nəmlənməsini yaxşılaşdıracaq və otların boy atmasına müsbət təsir göstərəcək.