Azərbaycan XİN Çexiya xarici işlər nazirinin fikirlərini qeyri-obyektiv və qeyri-ciddi hesab edir


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çex Respublikasının xarici işlər naziri Karel Şvarsenberqin martın 4-də Praqa şəhərində “People in Need” təşkilatının mükafatlandırma mərasimində səsləndirdiyi fikirlərə aydınlıq gətirilməsini istəyir.
Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Trend-ə bildirib ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlərin intensiv inkişafını, xüsusilə də son zamanlar dövlət başçıları səviyyəsində həyata keçirilmiş səfərləri nəzərə alaraq, bu kimi bəyanat və mülahizələrin səsləndirilməsi ölkələrimiz arasındakı mövcud münasibətlərin ruhuna uyğun deyil və Azərbaycanla Çexiya arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığa xələl gətirə bilər.
“Əgər həqiqətən də Çex Respublikasının xarici işlər naziri mətbuatda iddia edildiyi kimi fikirlər səsləndirmişsə, biz bunu qeyri-obyektiv və qeyri-ciddi hesab edir, məsələyə Çexiya tərəfindən aydınlıq gətirilməsini və üzr istənilməsini istəyirik”, – o deyib.
Qeyd edək ki, Ermənistan KİV-in məlumatına əsasən, Çexiya xarici işlər naziri Karel Şvarsenberq “People in Need” təşkilatının mükafatlandırma mərasimində Azərbaycanın ünvanına mənfi fikirlər səsləndirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO