Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə qəbul edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat verib.
Görüşdə Eyyubov iki dost və qardaş ölkələrinin əlaqələrinin gücləndirilməsi zərurəti haqqında danışıb ve deyib ki Azərbaycan həmişə İranın yanında olacaq.
Eyyubov iki ölkə arasında həm iqtisadi həm də siyasi əlaqələrinin inkişafının müsbət irəlilədiyini vurğulayıb. İki ölkə arasında dini, tarixi, mədəni bağlılıqların olması xalqlarımız və ölkələrimiz arasında dostluğu daha da gucləndirir, Eyyubov söyləyib.
Görüşdə səfir Pakayin iki ölkə arasında əlaqalərin müsbət inkişafından danışıb və deyib ki, Tehran-Bakı əlaqələrinin inkişafının qarşısında heç bir maneyə yoxdur