Azərbaycan Turizm İnstitutunun tələbələri İsrailə təcrübə keçməyə gedirlər

İsrail Dövlətinin səfiri Rafael Harpaz və missiya rəhbərinin müavini Ronen Krausz Azərbaycan Turizm İnstitutunun İsrailə “İsrotel” mehmanxanalar şəbəkəsində 5 aylıq praktika üçün gedən 20 tələbəsi ilə görüşüblər.

İsrailin Azərbaycandakı səfirliyindən Trend-ə bildiriblər ki, səfir Harpaz tələbələri seçim prosesi ərzində uğurlu nəticə göstərdiklərinə görə təbrik edib, onlara uğurlar arzulayıb. O, İsrail və Azərbaycan arasında turizm daxil olmaqla bütün sahələr üzrə gözəl ikitərəfli münasibətlərin olduğunu vurğulayıb. Səfir bu proqramın iki ölkə arasındakı münasibətlərin dərinləşməsi və genişlənməsinə daha bir stimul olduğunu əlavə edib.

Missiya rəhbərinin müavini Ronen Krausz da tələbələri təbrik edib və onların gələcək peşəkar fəaliyyətinə töhfə verəcək İsraildə uğurlu təcrübə qazanmağı arzulayıb.

Bu proqram İsrail Dövlətinin Bakıda yerləşən səfirliyi tərəfindən, Azərbaycan Turizm İnstitutunun Eilat şəhərində yerləşən “İsrotel” mehmanxanalar şəbəkəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Artıq beş ildir ki, səfirlik uğurla bu layihəni həyata keçirir.

Bu proqramın məqsədi Turizm İnstitutunun tələbələrinə beynəlxalq mehmanxana biznesi üzrə praktika toplamağa imkan yaratmaqdır. Bu təcrübə tələbələrin gələcək karyerasına böyük töhfə verəcək. Proqram, həmçinin Azərbaycan və İsrail arasında turizm sahəsində əməkdaşlığın genişlənməsi və dərinləşməsinə xidmət edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO