“Azərbaycan İƏT ölkələri arasında əməkdaşlığı inkişaf etdirəcək “

İran prezidentiMahmud Əhmədinejad İRNA-ya müsahibəsində oktyabrın 16-da Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının XII zirvə toplantısını dəyərləndirib. APA-nın məlumatına görə, İran prezidenti deyib ki, olduqca səmimi mühitdə reallaşan sammit məhsuldar və konstruktiv keçib: “İƏT-ə sədrlik edəcək Azərbaycanın üzv ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələsində mühüm işlər görəcəyinə inanırıq”.
Qeyd edək ki, M. Əhmədinejad Bakıda səfərdə olduğu müddətdə Azərbaycan prezidenti İlham Əliyev, Pakistan prezidenti Asif Əli Zərdari və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşlər keçirib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO