Azərbaycan sürücüləri üçün icbari sığorta ilə bağlı şad xəbər

Yaxın vaxtlarda Azərbaycanda sürücülər yol polisinə icbari sığortanı təqdim etməkdən azad olacaqlar. Bu barədə Trend-ə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəi Namiq Xəlilov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda avtomobil nəqliyyatı vasitələrinin sahibləri Dövlət Yol Polisi işçilərinə avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsuliyyətinin sığortalanmasını (OSAQO) təqdim etmək zərurətindən xilas olacaqlar.

“Azərbaycanda OSAQO polislərinin bağlanması üzrə informasiya sistemlərinin mövcudluğu gələcəkdə OSAQO blanklarının təqdim olunması zərurətini aradan qaldıracaq. Texniki cəhətdən biz bunu bu gün edə bilərik, lakin hələlik nəzarət və başqa məsələlər həll edilməyib. Bu sistemin Dövlət Yol Polisinin məlumat bazasına inteqrasiyasından sonra polis əməkdaşları kompüterlər vasitəsilə öz maşınlarında avtomobillərin sığortasının mövcudluğunu yoxlaya biləcəklər. Habelə texniki baxış üzrə blankın təqdim olunmasına da ehtiyac aradan qalxacaq. Blanklardan imtina edilməsi bir il- il yarımdan sonra real olacaq. Blanklar artıq vəsait və vaxt itkisidir. Bundan əlavə blankların mövcudluğu müəyyən risqlərə malikdir. Onları saxtalaşdırmaq və ya silmək və sistemə salmamaq olar”, – Xəlilov bildirib.

Onun sözlərinə görə, bu informasiya sistemi sığorta məhsularının onlayn satış sisteminin təşkili üçün platforma olacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO