Azərbaycan Parlamentinin deputatı nazirləri bazarlara çıxmağa çağırır

Azərbaycan Parlamentinin deputatı Musa Qasımlı nazirlərin bayram günlərində bazarlara və digər satış obyektlərinə reydə çıxmasını təklif edir. Trend-in məlumatına görə, bu barədə millət vəkili cümə günü Milli Məclisdə Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyəti barədə hesabatının dinlənilməsi zamanı bildirib.

Onun sözlərinə görə, onların bazarlara çıxması oradakı qiymətlərə və xidmətlərə təsirini göstərəcək. O, eyni zamanda yerlərdə görüşlərin təşkil edilməsinin müsbət hal olduğunu qeyd edib.

Orduda əsgər ölümü ilə bağlı keçirilən icazəsiz aksiyalara münasibət bildirən deputat bildirib ki, bu aksiyalar güclənən ordumuzun xalqın gözündən salınmasına xidmət edir və bu, yolverilməz haldır. O, eyni zamanda icazəsiz aksiya keçirənlərə müraciət edərək bu aksiyalarda hər hansı bir ölüm faktı qeydə alınarsa, bunun məsuliyyətini kimin və ya hansl təşkilatın öz üzərinə götürəcəyini soruşub

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO