Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Fevralın 1-dən 22-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində “Regional təhlükəsizlik” mövzusunda seminar, fevralın 4-dən 15-dək Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Çexiyanın Vışkov şəhərində Sülhü dəstəkləmə əməliyyatları üzrə təlimin hazırlanması və qiymətləndirilməsi kursu, fevralın 11-dən 15-dək Almaniyanın Oberamerqau şəhərində «Sahib ölkə dəstəyi kursu» keçiriləcək.
Azərbaycan hərbçiləri, həmçinin fevralın 11-dən 15-dək Ankarada “Kiber terrorizm sahəsində xəbərdar olma – siyasət və idarə etmə səviyyələri” kursuna, fevralın 11-dən 22-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində Dil testi seminarına qatılacaqlar.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO