Azərbaycan Danimarkadan gözlə görünməyən mürəkkəb, detektor və şəffaf seçki qutuları alıb

Azərbaycan Danimarkadan gözlə görünməyən mürəkkəb, detektor və şəffaf seçki qutuları alıb

Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Danimarkadan gözlə görünməyən mürəkkəb, detektor və şəffaf seçki qutuları alıb. Bu barədə APA-ya MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, artıq mürəkkəb və seçki qutularının aşağı seçki komissiyalarına paylanmasına başlanılıb. R. Qasımov mürəkkəb və detektordan fərqli olaraq Danimarkadan alınmış seçki qutularının sayının az olduğunu qeyd edib. Buna səbəb isə ötən seçkilərdə istifadə olunan seçki qutularının bir hissəsinin hələ də istifadəyə yararlı olmasıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO