Azərbaycanla Rusiya arasında taxılçılıq sahəsi üzrə anlaşma memorandumu imzalanıb

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Qarabağ Taxıl” MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və “Kubanzerno” Tədqiqat və İstehsalat Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Anlaşma Memorandumuna əsasən, tərəflər perspektivli toxum sortlarının sınaqdan keçirilməsi və əkilməsi sahəsində əməkdaşlıq edəcək, birgə məsləhətləşmə və seminarlar keçirəcək, eləcə də elmi-texniki və kommersiya əlaqələri yaradacaqlar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO