Azərbaycanın xalq artistləri Budapeştdə konsert proqramı ilə çıxış ediblər

Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın xalq artistləri – dirijor Yalçın Adıgözəlov və pianoçu Yeganə Axundova Budapeştdə uğurlu konsert proqramı ilə çıxış ediblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Macarıstan paytaxtının əsas incəsənət mərkəzlərindən biri olan “Duna Palota” sarayında “Dunay” simfonik orkestri azərbaycanlı dirijorun rəhbərliyi ilə məşhur alman bəstəkar Lüdviq van Bethovenin əsərlərini ifa edib.

Konsertdəki solo partiyalar isə pianoçu Y.Axundovanın ifasında xüsusilə gözəl səslənib. Tamaşaçıların arası kəsilməyən alqış sədaları altında dönə-dönə səhnəyə qayıtmağa məcbur olan azərbaycanlı sənətkarlar onlara həm də Azərbaycan musiqisi nümunələri – Fikrət Əmirovun “Min bir gecə” baletindən parçalar təqdim ediblər.

Qeyd edək ki, macar musiqisevərlər həm Y.Adıgözəlovu, həm də Y.Axundovanı yaxşı tanıyırlar. Onlar dəfələrlə Budapeştdə rəngarəng konsert proqramları ilə çıxış ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO