Azərbaycanın orta məktəblərində 3000-dək vakant müəllim yeri var

Azərbaycanda növbəti tədris ili üçün orta məktəb və peşə liseylərində 3 000-dək vakant müəllim yerinə işə qəbul elan ediləcək. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, vakant müəllim yerləri barədə məlumatlar iyulun 1-də açıqlanacaq.

Növbəti tədris ili üzrə 1149 nəfər müəllim iş yerlərini dəyişmək üçün elektron ərizə ilə nazirliyə müraciət edib. Onlardan 742 nəfərin ərizəsi təsdiq olunub və müsabiqəyə buraxılıb.

İş yerlərini dəyişmək istəyən müəllimlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və tarix müəllimləri üstünlük təşkil edir.

Müraciətlərin əksəriyyəti Bakı şəhərinə yerdəyişmə üçün edilib. Bununla yanaşı, iş yerinin bir rayondan digərinə dəyişdirilməsi ilə bağlı müraciətlər də kifayət qədər olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO