Azərbaycanın nəqliyyat sistemində yeni təyinat

Azərbaycanın nəqliyyat sistemində yeni təyinatNəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni baş direktor təyin olunub.

Trend -in əldə etdiyi məlumata görə, Nəqliyyat Naziri Ziya Məmmədovun 17 avqust 2015-ci ilə traixli əmri ilə Rüfət İmanov Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru təyin olunub.

Nazirin daha öncə imzaladığı əmrlə isə NİİM-in keçmiş baş direktoru Elnur Abdullayev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.İmanov bundan əvvəl NİİM-də İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO