Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirlər açıqlanıb

Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirlər 10 milyon dollara çatıb. Bu barədə çərşənbə günü Trend-ə “Azərkosmos” ASC-dən bildiriblər.
Hazırda Azərbaycanın peyk operatoru tərəfindən “Azerspace/Africasat-1a” peykinin resurslarının 50 faizindən çoxu reallaşdırılıb. Peykin köməyi ilə 70 televiziya və radiokanal yayımlanır ki, bunun da 19-u yerlidir.
Peyk televiziya kanallarının standart və birbaşa yayımını həyata keçirir.
“Azerspace/Africasat-1a” rabitə peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir.
İstifadəçilər televiziya kontentinə baxmaq üçün peyk qəbuledicilərini bu formada tənzimləməlidirlər: tezlik – 11169 MHz, sürət – 20400, polyarlaşma – Horizontal və FEC – 5/6.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO