Azərbaycanın geniş nümayəndə heyəti İranda danışıqlara başlayır

Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İrana səfəri başlayıb.

Trend-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Ş.Mustafayevi səfərdə yüksək vəzifəli nümayəndələrdən ibarət iqtisadi heyət müşayiət edir.

Məlumata görə, SOCAR və “Azərenerji” ASC-nin rəhbər vəzifəliləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, həmçinin Xarici İşlər, Nəqliyyat və Fövqəladə Hallar nazirliklərinin rəsmiləri də bu səfərdə iştirak edirlər.

İRNA-nın məlumatına görə, səfərdə Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasında əldə edilən razılaşmalar barədə müzakirələr aparılacaq.

Rəsmi səfərdə, həmçinin İran Prezidenti Həsən Ruhaninin bu ilin payızında Azərbaycana nəzərdə tutulmuş səfərinə hazırlıq məsələləri muzakirə ediləcək.

Ş.Mustafayev Tehranda yerləşən sənaye obyektlərinə də baş çəkəcək.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə Ş.Mustafayevin İrana səfər etdiyini təsdiqləyiblər və səfərin iki gün davam edəcəyini bildiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO