Azərbaycanda yuxarı sinif şagirdlərinin zərərli verdişlərə meyilliliyi, cinsi inkişafın vəziyyəti icbari qaydada yoxlanılacaq

Azərbaycanda icbari dispanserizasiya zamanı uşaqların yaşlarına uyğun hansı müayinələrin aparılacağı müəyyənləşdirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası”, “Dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları” təsdiqlənib.

Həmin sənədlərə əsasən, uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq həyata keçirilir.

Təhsil alan uşaqların tibbi-profilaktik müayinələri təhsil aldıqları yerlərdə, cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyası isə Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən həyata keçirilir.

İcbari dispanserizsiya zamanı həkim-mütəxəssislər, əsasən, uşaqların daxili orqanlarının vəziyyətini, fiziki inkişafını, qamətin əyilməsi, dişlərdə kariyesin əmələ gəlməsi, danışıqda defekt kimi halları aşkar etməli, arterial təzyiqi yoxlamalıdırlar.

Həkimlər 7-8-ci siniflərdən başlayaraq uşaqlarda zərərli adətlərin olub-olmaması hallarını müəyyən etməli, cinsi inkişafa nəzarət etməlidilər.

Dispanserizasiya planına uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil olunur.

Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi ilə əlaqədar ayrılan vəsaitin icrasının monitorinqi Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO