Azərbaycanda uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət artırıldı


Azərbaycanda uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinət artırıldı

Azərbaycan Respublikası Prezidenti İlham uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, 2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilsin.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncama görə, “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 avqust tarixli 3015 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO