Azərbaycanda mobil operatorların xidmətlərinin keyfiyyəti yoxlanılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) operatorların göstərdiyi telekommunikasiya xidmətlərinin keyfiyyətinin monitorinqini aparacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, daha əvvəl mobil rabitə operatorlarının şəbəkələrinin sınaqdan keçirilməsi nəticəsində ciddi səhvlər aşkarlanmışdı, bununla əlaqədar nazirlik daha dərin analiz üçün kənar şirkətin xidmətlərini cəlb etmək niyyətindədir.

İ.Məmmədov qeyd edib ki, ilkin məlumata görə, monitorinq 2015-ci ilin əvvəlində start götürəcək və Bakının mərkəz küçələrini, ətraf ərazilərini əhatə edəcək: “3 mobil operatorun şəbəkələrinin monitorinqi çərçivəsində göstərilən səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyəti yoxlanılacaq”.

Nazir müavini əlavə edib ki, RYTN sadalanan xidmətləri sınaqdan keçirəcək ABŞ şirkəti ilə danışıqlar aparır: “Nazirlik həmin şirkətlə əməkdaşlığın iki variantını nəzərdən keçirir. Birincisi, uzunmüddətli müqavilə çərçivəsində mütəmadi yoxlamaların keçirilməsini, ikincisi isə sistemin müstəqil monitorinqinin aparılması üçün avadanlığın alınmasını nəzərdə tutur. Hər iki variantda yoxlama işləri daimi xarakter alacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO