Azərbaycanda ictimai nəqliyyatda gediş haqqının artırılması məsələsinə aydınlıq gətirildi

İctimai nəqliyyatda gediş haqqının artırılması məsələsi hazırda gündəlikdə deyil. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Yeni ödəniş sisteminə keçidin (nağdsız kart sistemi) və yeni avtobusların alınmasının gediş haqqının qiymətinə təsir edib-etməyəcəyinə dair sualı cavablandıran Pənahov bildirib ki, elektron ödəniş sisteminə keçid gediş haqqının qiymətinə təsir etməyəcək: “Gediş haqqının artması məsələsi mütəmadi olaraq müzakirə mövzusu olur, lakin bu gün həmin məsələ hələlik gündəlikdə deyil”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO