Azərbaycanda hava şəraiti mülayimləşəcək

Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir tutulacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın və gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 5 dərəcə şaxta təşkil edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO