Azərbaycanda 2014-cü ildə kənd təsərrüfatı subsidiyalarının verilməsi üçün 31 milyon dollar vəsait ayrılıb

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İ.Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarına böyük maddi və mənəvi dəstək olub, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, əkin sahəsinin və istehsalın artmasına səbəb olub: “2007-ci ildən başlayan kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi prosesi indi də davam etdirilir. Bu məqsədlə 2014-cü ildə də kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə yardımın verilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub”.

Respublika Komissiyasına 58 rayon (şəhər) komissiyasından 1 dekabr 2013-cü il tarixinə istehsalçıların siyahıları (2 nömrəli əlavə cədvəllər) və onlara hər hektar buğda və çəltik səpininə görə əlavə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında məlumatlar (3 nömrəli əlavə cədvəllər) daxil olub.

Komissiya 58 rayon (şəhər) komissiyası üzrə 149 849 istehsalçıya çatacaq 20 153 483,20 məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda, komissiya 6 satıcı təşkilat, o cumlədən, “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Mikro Az Feed” MMC, “ABİS ALARCO” MMC, “Aqro Kompleks Qəbələ” MMC və “İ.E.R. LTD” MMC üzrə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq olunmuş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları”nın 1.2, 2.3 və 2.8-ci maddələrinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq 14 697 nəfər istehsalçıya 92 077,56 hektara görə 50 faiz güzəştlə satılmış 14 760,8 ton mineral gübrə üçün 4 milyon 12 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədləri Azərbaycan Maliyyə Nazirliyinə təqdim edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO