Azərbaycan XİN xarici KİV-lərdə vurulmuş erməni helikopterlə bağlı materiallardakı səhvlərə görə narazılığını bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tapşırığı ilə ölkənin İstanbuldakı baş konsulluğu Türkiyənin “CNN Türk” telekanalının rəhbərliyi ilə görüşüb və rəhbərliyə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki hava məkanında Ermənistan Silahlı Qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlı insidenti işıqlandırarkən ötən gün yol verdiyi səhvlə bağlı Azərbaycanın narazılığını çatdırıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Onun sözlərinə əsasən, Azərbaycan tərəfinin narazılığı qeyri-dəqiq informasiya yaymış “Euronews” telekanalının rəhbərliyinə də çatdırılıb.

H.Hacıyev qeyd edib ki, “CNN Türk” telekanalı reportajdakı səhvi düzəldib.

Xatırladaq ki, “CNN Türk” telekanalı Azərbaycan hərbçiləri tərəfindən vurulan Ermənistan helikopterinin qondarma “Dağlıq Qarabağ ordusu”na məxsus olduğunu bildirmişdi və Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etmişdi.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO