Azərbaycan XİN: Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir

Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dekabrın 12-də mətbuat konfransında söylədiyi fikirləri şərh edərkən deyib.

O, qeyd edib ki, Ermənistan xarici işlər nazirinin mahiyyətsiz açıqlamaları Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətini təhrif etdiyini və yalnız danışıqların imitasiyası ilə məşğul olduğunu bir daha ifşa edir: “Ermənistanın bu addımları beynəlxalq ictimaiyyəti aldatmaq və çaşdırmağa xidmət edərək, uğursuz formada münaqişənin həllindən yayınmaq məqsədi daşıyır”.

XİN rəsmisi bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də edilən çağırışlara baxmayaraq, böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atılmır.

H.Hacıyev deyib ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın bu yalanları çox yaxşı başa düşülür. Ona görə də Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir: “Münaqişənin fundamental əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalı təşkil edir. Münaqişənin sülh yolu həlli üçün də ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO