Azərbaycan və Küveyt arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub

Küveyt Dövlətinin yeni seçilmiş Parlamentinin Sədri Mərzuq Əl-Ğanim Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfiri Tural Rzayevi qəbul edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən bildirilib.

Məlumatda deyilir ki, T.Rzayev Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun salamlarını və Küveyt Dövləti Parlamentinin Sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini qarşı tərəfin diqqətinə çatdırıb.
Daha sonra tərəflər Azərbaycan ilə Küveyt arasında güclü siyasi münasibətlərin mövcudluğunu etiraf edərək, əlaqələrin bütün spektri üzrə, o cümlədən, iqtisadi, ticarət, mədəni və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsini aparıb. Bu baxımdan, münasibətlərin hüquqi bazasının təşkil olunması məqsədilə artıq imzalanan ikitərəfli sənədlərin əhəmiyyətini vurğulayan hər iki tərəf sözügedən sənədlərdə öz əksini tapan müddəaların səmərəli şəkildə həyata keçirilməsi üçün qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsinin mahiyyətinə xüsusi işarə edib.
Parlamentlərarası münasibətlərdən söz açan T.Rzayev bildirib ki, 1995-96, 2005-07-10-11 və 2013-cü illərdə Azərbaycan-Küveyt Parlamentlərarası Dostluq Qruplarının qarşılıqlı səfərləri böyük əhəmiyyətə malikdir.
Öz növbəsində Mərzuq Əl-Ğanim Azərbaycan tərəfinin səmimi salamları və təbriklərinə görə dərin təşəkkürünü bildirərək, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovu Küveyt Dövlətinə rəsmi səfərə dəvət edib.
Daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həmsöhbətinə müfəssəl məlumat verən T.Rzayev hazırkı münaqişənin yalnız ədalət prinsipləri əsasında həll olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və sadalanan məqamlara əsaslanıb, Dağlıq Qarabağ məsələsində rəsmi Əl-Küveytin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyi üçün təşəkkürünü bildirib. Eyni zamanda T.Rzayev təəssüflə qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul olunduğuna baxmayaraq, heç bir əməli nəticə indiyə qədər əldə olunmayıb.
Görüş zamanı dünyada baş verən son hadisələr və cərəyan edən proseslər haqqında tərəflər arasında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO