Azərbaycan sinoptiklərindən yağış vədi

Azərbaycan sinoptikləri həftənin ilk iş günündə yağış vəd edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 21-də hava nisbətən yağmurlu keçəcək, arabir şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlıq ərazilərdə gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO